Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.


Nazir "Twitter” hesabında bununla bağlı paylaşım edib: "Can Azərbaycanın gənclik və idman naziri Azad Rəhimov qardaşımın vəfatını böyük üzüntüylə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.

Qeyd edək ki, uzun müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu