Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı


[sub][/sub]
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu