Gözlənilən xəbər gəldi: Laçın dəhlizi bağlandı - Erməni mediası


İşğal edilən Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi bağlanıb.



AFN xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

İnformasiya qondarma rejim tərəfindən verilib.

Göründüyü kimi, keçmiş Dağlıq Qarabağın xaricində olan və 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın bölgəsinin bir hissəsi olan Laçın dəhlizi, erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi qaçışı səbəbindən bağlanıb.

Bir gün əvvəl separatçıların “lideri” Arayik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsi anonsunu verib.

İkinci Qarabağ müharibəsinin əvvəllərində Ermənistan Qarabağdan işğal altındakı Kəlbəcər bölgəsindən keçən ikinci yolu da bağlayıb.

Haşiyə: Bu informasiyadan görünür ki, dəhlizi ermənilər deyil, Azərbaycan Ordusu bağlayıb və artıq bu yola nəzarət edir. Kəlbəcərdən Basarkeçərə gedən yol da hərbçilərimiz tərəfindən bağlanıb. Düşmən isə bunu öz istəkləri ilə etdiklərini tirajlayırlar. Və nəhayət, ermənilərin dəhlizi bağlaması ağlabatan deyil, çünki bu yolla Ermənistan Qarabağa silah-sursat daşıyır, yaralıları və cəsədləri isə geri Gorusa göndərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu