Son sutkada 31 nəfər “COVID-19”dan vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 882 nəfərdir.

Ötən müddət ərzində 1 728 577 test aparılıb. Bugünkü test sayı isə 10 342-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu