Almaniya Futbol İttifaqı "Bavariya"nın baş məşqçisi ilə danışıqlara başlayır


Almaniya Futbol İttifaqının rəhbərliyi "Bavariya"nın baş məşqçisi Hans-Diter Flikin xidmətində maraqlı olduqlarını təsdiqləyib.



"Report"un məlumatına görə, qurumdan SID agentliyinə verilən açıqlamada 56 yaşlı mütəxəssisin millinin sükanı arxasına keçməsi üçün Münhen təmsilçisi ilə danışıqlar aparılacağı bildirilib.

Lakin sonrakı prosedur barədə məlumat verilməyib.

Qeyd edək ki, Almaniya millisinin hazırkı baş məşqçisi Yoahim Löv AVRO-2020-dən sonra istefa verəcəyini açıqlayıb. Onun yerinə əsas namizəd cari mövsümün sonunda "Bavariya"dan ayrılacağı dəqiqləşən Hans-Diter Flik hesab olunur. Münhen klubuna isə 2021/2022 mövsümündən "Leyptsiq"in baş məşqçisi Yulian Nagelsman rəhbərlik edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu