Azərbaycanda futbol hakimi təhlükəsizliyinin təmin olunmasını istədi


"Zirə" və "Keşlə" komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu idarə edən baş hakim Elçin Məsiyev AFFA nümayəndəsi Seymur Səlimliyə müraciət edib.


"Report"un məlumatına görə, referi AFFA nümayəndəsindən əlavə vaxtın fasiləsində təhlükəsizlik xidmətinin əməkdaşlarının oyun bitən kimi stadiona gəlməsini istəyib.

S.Səlimli isə öz növbəsində hakimin narahat olmamasını bildirib.

Qeyd edək ki, qarşılaşma əlavə vaxtın ikinci hissəsi oynanılır və "Keşlə" 3:2 hesabı ilə öndədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu