20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar – MM-də təklif


20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar –


"20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin”.



Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat Milli Məclisin Plenar İclasında «Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsinin müzakirə olunduğunu bildirib:

"Layihədə təkliflər edilən düzəlişlər ilə yanaşı, qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələr ilə bağlı təkliflər ilə çıxış etdim. Qanunun 4-cü maddəsinə görə, pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanunun bu maddəsində diferensial yanaşmanın tətbiqinə ehtiyac var. İnkişaf etmiş ölkələrdə bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olanda məşğul hesab olunur. Halbuki 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yaınız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər”.

Deputat bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlər müzakirə olundu: "Fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin dürustləşməsi ilə də bağlıdır. Müzakirələrdə çıxışım zamanı bir sıra məqamlara dıqqətə ayırdım. Əvvəla, layihədə DSMF-in gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərın aparılması təklif olunur. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələr üzrə həmin məbləğ qədər artım təklif olunur. Pandemiyanın real sektorada aktivliyin azaldığını və eləcə də sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq, özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünkü nəticə etibarı ilə aktivlik azalırsa, bu, ödənişlərin də azalmasına səbəb olmalıdır: hətta qeyri-rəsmi məşğulluğun rəsmilləşdirilməsi əmsalı nəzərə alınanda da. Digər məqam, təklif oluna layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azalıdılmasıdır. Bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var”.

Vüqar Bayramovun fikirincə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə aslaq, qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir:

"Məsələn, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var...” (qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu