Tərtərdə oğurluq edən şəxs saxlanıldı


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Köçərli kəndi ərazisindəki avtomobil təmir məntəqəsindən oğurluq edən şəxs saxlanılıb.



DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə bildirib ki, yanvarın 13-də rayon sakini olan 1 nəfər RPŞ-yə ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi avtomobil təmir məntəqəsindən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Laçın rayon sakini Elgün Məhərrəmov saxlanılıb.

Araşdırmalarla onun 1 ədəd generator, 2 ədəd direl və digər təmir məqsədi ilə istifadə olunan alətləri oğurlamaqla zərərçəkmişə 800 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb. Onun digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu