Tural Abbaslı 3,6 milyonun bölgüsündən danışdı: “Ədalətsizlikdir”


"Parlametdə təmsil olunmayan partiyaların büdcədən maliyyələşməsi nəzərdə tutulmayıb. Düşünürəm ki, bunun özü də ədalətsiz yanaşmadır”.


Bunu AĞ Partiya basqanı Tural Abbaslı siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımının ayrılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. O, qeyd edib ki, 3,6 milyon manat ancaq parlamentdə təmsil olunan partiyalar arasında bölünür: "Siyasi partiyalar haqqında" qanuna əsasən, bu maliyyə ancaq parlamentdə təmsil olunan partiyalar üçün nəzərdə tutulur. Bizim partiyadan son parlament seçkilərində 12 namizəd iştirak edib. 12 namizədin birlikdə xalqdan aldığı səslərin sayı parlamentdə oturan deputatların çoxunun seçilməsi üçün lazım olan saydan daha çoxdur. Parlamentdə 2-3 min səslə seçilən deputatlar var. Amma AĞ Partiyada parlament seçkisində iştirak edən 12 namizədin 15 mindən artıq səsi olub. Bu baxımdan deyirəm ki, "Siyasi partiyalar haqqında" qanuna bəzi dəyişikliyin edilməsi lazımdır”.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu