Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı


Cari il fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.



Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu