"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib


"Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə onlayn formada "Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib.


"Zoom" platforması üzərindən keçirilən psixoloji debatda dövlət rəsmiləri, psixoloq, müxtəlif ali təhsil müəssisələrin rəhbər heyətləri və fəal tələbələri, Şəki və digər regionlardan nümayəndələr iştirak ediblər.
Debatda çıxış edən "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə son vaxtlar ölkəmizdə intihar hallarının artmasının cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildirib və bu mənfi halın qarşısının alınması üçün hamının birgə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında qeyd edib ki, gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin ardıcıl olaraq keçirilməsi olduqca vacibdir.
Psixoloq Orxan Fərəcli tələbələrin psixoloji problemləri, qarşılaşdığı çətinliklər barədə danışıb və onlara öz tövsiyələrini verib.
Debatda maraqlı müzakirə aparılıb və tələbə-gənclərin sualları cavablandırıb.
Sonda "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə tədbir iştirakçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu