Azərbaycanda koronavirusa görə 436 məhkum azadlığa buraxılıb


Azərbaycanda koronavirusa görə 436 məhkum azadlığa buraxılıb


“Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O qeyd edib ki, həmçinin humanist addımların davamı olaraq 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib və yoluxma riski ilə əlaqədar məhkumlarla görüş, sovqat qəbulu dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu