Cəbhəyanı ərazilərin sakinlərinə Milli Dirçəliş Günü münasibəti ilə bayram sovqatı göndərilib


Qadın Sahibkarlar Assosiasiyası (QSA), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və “Bakı Tekstil Fabriki” MMC (BTF MMC) cəbhəyanı şəhər və rayonlarımızda yaşayan bir qrup ailəyə 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə bayram sovqatı göndərib.



AFN xəbər verir ki, 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsi günlərində evləri Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qalmış ailələrlə birgə bayramlaşan hər üç qurum, Milli Dirçəliş Gününün bu il əsl milli dirçəliş günü mahiyyətində qeyd edilməsinin sevincini cəbhəyanı bölgələrdəki sakinlərlə paylaşmağı bir mənəvi borc kimi xarakterizə edib.

Adıkeçən qurumlar ali dövlət rəhbərliyinin namərd düşmənin raket hücumlarından ciddi zərər görmüş ailələrə yüksək diqqət və qayğısını özləri üçün ən yaxşı örnək hesab edir.

QSA, ABAİ İB və BTF MMC rəhbərliyi birgə aksiyaların gələcəkdə də davam etdirilməsini nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu