Əsgərə ana məktubu...


Mənim yazacagim məktub başqalarından fərqlidir, çünki...


Nə qədər məntiqli olub-olmadığını düşünmədən bu məktubu tanımadığım, bəzilərinin şəklini görüb, çoxlarınınsa şəklini belə görmədiyi şəhid olmuş əsgərlərimizə ünvanlamaq istəyirəm.
Salam əsgər! Bu məktubu sizə ömrünün sonunadək borclu olan bir azərbaycan vətəndaşı yazır. Siz bizim nə vaxtsa gerçəkləşəcəyi ağlımıza belə gəlməyən arzularımızı həyata keçirdiniz, siz bizi başqa millətlərin "bacarırsansa, get Qarabağı al!" kimi töhmətindən qurtardınız, siz gələcəkdə bizim övladlarımızın öhdəsinə düşəcək bir borcu sildiniz...
Siz tarix yazdınız və bu tarixin əsas qəhrəmanları özünüz oldunuz.
Siz o oğullarsınız ki, Vətən dara düşəndə anında lazımi yerdə oldunuz, qorxmadan, çəkinmədən! Arxa cəbhədə doğmalarınız mərmilərin altında qaldı, evləriniz dağıldı, amma siz irəli getdiniz, ruhdan düşmədiniz. Siz o oğullarsınız ki, yaralı yoldaşlarınızı döyüş yerində qoymamaq üçün özünüzü güllənin önünə verib şəhid olmağı gözə aldınız. Siz o oğullarsınız ki, ailəli yoldaşlarınıza "sən geridə dur, səni gözləyən uşaqların var, mən subayam" deyib özünüzü irəli atdınız. Və bu igidliklərinizlə dünyanı heyrətə gətirdiniz.
Sayənizdə torpaqlarımız azad olundu, gözəl mənzərəli yerlərimiz qaytarıldı... Əvəzində öz ananız, bacınız, həyat yoldaşınız və övladlarınız gözü yaşlı qalsa da, nə qədər çətin olsa da, başını dik tutdu, qürur duydu.
Hər bir Azərbaycan vətəndaşı üstündə gəzdiyi torpağa görə kimlərə borclu olduğunu heç zaman unutmamalıdır!
Qarşınızda baş əyirəm!
Hər zaman qəhrəmanlığınızdan danışıb, sizinlə qürur duyacağam və bu qəhrəmanlıqlarınızı övladlarıma və onlar da öz övladlarına çatdıracaq...
Mənim məktubum başqa məktublardan fərqlidir, çünki onu göndərəcəyim ünvan yoxdur.

Leyla Acalova



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45