Ölüm statistikasında zirvə: artımın səbəbləri araşdırılmalıdır / ŞƏRH


"Ölüm statistikası həyəcan təbili çalır. Bu artımın səbəbləri araşdırılmalıdır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert hesab edir ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi hazırkı psioxoloji və sosial-iqtisadi durumla birbaşa əlaqəlidir:

"Son vaxtlar intharlar artıb, işsizlik, yoxsulluq, aclıqdan və səfalətdən əziyyət çəkənlərin sayı çoxalıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi həm də səhiyyənin bərbad vəziyyətini xarakterizə edir. Bunu 2019-cu ilin nəticələrinə görə, ölkə üzrə ölümlərin 41 faizinin 65 yaşa qədər olması da təsdiq edir. Elə ona görə də pensiya yaşını 65-ə qaldırırlar”.


Qubad İbadoğlu qeyd edib ki, həm vətən müharibəsi, həm də koronavirus səbəbindən ölüm sayı yüksək olub:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 2018-ci ildə 5,8, 2019-cu ildə 5,6, 2020-ci ildə 7,6, 2021-ci ilin ilk 2 ayında 8,2 təşkil edib. Ötən il vətən müharibəsində 3000-ə qədər şəhid verdiyimizdən və koronavirus səbəbindən əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi yüksək olub. Bu il koronavirus qalsa da, müharibədə itkimiz yoxdur, nədən ölüm səviyyəsi bu qədər artıb? Nəzərə alaq ki, fevral ayı qısa aydır. Ola bilər ki, COVİD-19-dan ölənlər açıqlandığından da çoxdur?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu