Qənirə Paşayeva şəhid zabit Samiq Fərzalıyevin atası ilə görüşdü


MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Güvəndik kənd sakini, şəhid Samiq Fərzalıyevin atası Misir Həmid oğlu Fərzalıyevlə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib: "Əziz Şəhid atası, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.



Samiq Vətən Müharibəsində fədakarklıqla döyüşüb, şəhid olub. O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”,

Prezidentin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Oğlunuz bu medalları, müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə,

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə alıb.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü­nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu