Qazanan Cahangir Əsgərov və ətrafıdır - Hüquq müdafiəçisi AZAL-ı sərt tənqid etdi


Son günlərdə sosial şəbəkələrdə tənqid olunan məsələlərdən biri də Azərbaycan Hava Yolları QSC-nin biletləri baha qiymətə satması ilə bağlıdır.



Bununla bağlı hüquq müdafiəçisi Aslan İsmayılov da öz səhifəsində paylaşım edib: "Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tiflisdən İstanbula biletin dəyərinin 110 manat olduğu halda Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu əsl talançılıqdır. Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır.
Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tiflisdən İstanbula biletin dəyərinin 110 manat olduğu halda Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu əsl talançılıqdır. Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu