“Bakı Metropoliteni” ötən il 8 yeni ventilyator quraşdırıb


“Bakı Metropoliteni” QSC-də havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində 2020-ci il xüsusilə yaddaqalan olub.



Qurumdan AFN-ə verilən məlumata görə, pandemiyanın məhdudiyyətlərinə rəğmən, Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 10 yeni güclü ventilyatorun və onların idarəetmə sistemlərinin ölkəyə gətirilməsi təmin edilib.

Alınan ventilyatorlardan 8-nin quraşdırılması başa çatdırılıb. Eyni qayda ilə metropoliten üçün su təchizatı və müxtəlif suvurma sistemlərinin yeniləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, onların hər biri metropolitenin daha səmərəli işinin optimallaşdırılmasına xidmət göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu