İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO/VİDEO


44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.



Bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb.

Bildirilib ki, Quba rayonu 2-ci Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu