Azərbaycanda qazi intihar etdi


Azərbaycanda qazi intihar edib.



AFN-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.

Qeyd edək ki, əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, yanvarın 6-da da qazi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu