Vahid Naxış: "Hələ çox məmurlara cinayət işi açılacaq"


“2016-cı ilin 15 İyulunda qardaş Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Həmin hadisələrdə Türkiyə hüquq-mühafizə orqanları birbaşa FETO təşkilatını günahlandırdı və onları terrorçu elan etdi. Bunun nəticəsi olaraq, bütün dünyada bu təşkilatla əlaqəli olan və ya şübhəli bilinən qurum və şəxslər barədə ciddi araşdırmalara start verildi”.

AFN xəbər verir ki, bu fikirləri ANS Müstəqil Yayım və Media Şirkətinin təsisçisi Vahid Mustafayev özünün facebook səhfəsində bildirib.

O daha sonra bunları yazıb:

“Əziz dostlar! Bildiyiniz kimi, Dəqiq, Qərəzsiz, Vicdanlılıq devizi ilə işləyən ANS Müstəqil Yayım və Media Şirkəti region və MDB məkanında beynəlxalq jurnalistika qanunları ilə çalışan və tam müstəqil olan ilk və yeganə media qurumu idi.

ANS 1990-cı ildən bəri fəaliyyət dönəmində beynəlxalq axtarışda terrorçu kimi adlanan bir necə şəxsdən müsahibələr almışdı. Bu şəxslər sırasında vaxtı ilə terrorçu adlandırılan, indi isə Əfqanıstanda böyük dövlət xadimi olan general Rəşid Dustum, sonralar Əfqanıstanın Müdafiə naziri olan Əhməd Şah Məsud, Çeçenistan Respublikasının Prezidenti Cövhər Dudayev, səhra komandirləri və müxalifət liderləri Aslan Masxadov, Şamil Basayev var idi. Qardaş Türkiyədə də baş verən hadisələr zamanı ANS, FETO təşkilatının lideri Fətullah Gülenin təşkil etdiyi mətbuat konfransında iştirak etmiş, amma Azərbaycanın rəsmi qurumları tərəfindən bu müsahibə qadağan olunduqdan sonra və Azərbaycan KİV haqqında qanunvericiliyin tələblərinə riayət edərək bu mətbuat konfransında aldığımız müsahibəni yayıma vermədik.

Lakin indi artıq dövlət işindən xaric olunan köhnə komanda məmurlarının məkrli və şəxsi maraqları nəticəsində ANS şərlənərək, güya “göstərmək istəyirdilər” ittihamı ilə FETO təşkilatının bəyanatlarını yaymaqda təqsirləndirərək yayım lisenziyamızı rəsmi şəkildə aldılar. Maraqlıdır ki, bununla birlikdə heç nədə günahı olmayan Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM Radiosu və ANS PRESS informasiya agentliyi də bağlanıldı. Bu olaylarda adı FETO-çu kimi çəkilən ANS-in ABŞ-dakı müxbir bürosunun rəhbəri Qənirə Ataşova isə yüksək peşəkarlıqla öz vəzifəsini yerinə yetirərək, əksinə, FETO-ya qarşı çıxan türklərlə bir arada duraraq ANS-ə bu barədə reportaj yolladı (https://www.youtube.com/watch?v=Sow1k1T_iso).

Bu İşin içində sözsüz ki, mən şəxsən iştirak etmişəm və o ərəfədə mənimlə görüşən, hədə-qorxu gələn, Azərbaycandan getməyi mənə təklif edən, 7 yaşımda qızıma prokurorluqdan çağırış yollayan və digər çirkin əməllərə əl atan bədbəxtlər – həm Prokurorluqda, həm MTRŞ-da, həm də Prezident Aparatında bu işi məharətlə həyata keçirən məmurlar – böyüklü-kiçikli hamısı işdən azad olunub, bəziləri həbs olunub, bəzilərinə qarşı cinayət işi açılıb, digərlərinə qarşı isə hələ açılacaq.

ANS olaraq biz sakit durmadıq əsla! Bütün instansiyalara müraciət edərək Konstitusiya Məhkəməsinə qədər gedib çıxdıq! … və hər instansiyada “uduzduq”! Sonuncu şans Avropa məhkəməsi idi və mən bu addımdan imtina etdim – heç vaxt “ANS – Azərbaycana qarşı” ifadəsi bu zavallı dünyada işlənilməyəcək dedim və sənədləri öz anını gözləmək üçün səbr qutusuna yerləşdirdik!

3 il təhqiqat aparılandan sonra ANS-in, ümumiyyətlə, FETO işində əlaqəsinin olmadığını və heç bir epizodda iştirak etmədiyini Prokurorluq rəsmi sənədi ilə təsdiqlədi!

Azərbaycanlı iş adamı Mübariz Mənsimovda FETO ittihamları ilə şübhəli biliərək 1 il həbsdə saxlanıldı və “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyevanın FB səhifəsində göstərdiyinə əsasən (https://www.facebook.com/fguliyeva1/posts/4372182889477794), sabah – 5 Mart 2021-ci ildə İstanbul Baş Prokurorluğu onu sərbəst buraxmaq istəyini bəyan edib. Bu da Baş Prokurorluğun bu məsələ ilə əlaqədar verdiyi ifadələr:

“Məhkəmə prosesinin gəldiyi mərhələ, təqsirləndirilən cinayətə görə nəzərdə tutulan / veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə olma müddəti, həbs olunmasının tədbir məqsədli olması, həbsdə keçirildiyi vaxt, şübhəli olmadığı təqdirdə bu mərhələdə məhkəmə nəzarəti yolu ilə daha öncə həbs edilməmiş və ya başqa bir cinayətə məhkum edilməmiş isə, “Xaricə getməmək” və “Ünvanından çıxmamaq” şəklində ƏDLİ NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ, 109/3 maddəsi ilə tənzimlənmiş, haqqındakı rəqəmsal materialların sahibinə qaytarılması, Devlət adına tələb və rəy olunur.”

Mənim məlumatıma görə, Mübariz Mənsimovun azad olunmasında onun “Palmali” komandası, peşəkar hüquqşunaslarla yanaşı, Azərbaycanda da müxtəlif səviyyələrdən böyük dəstək oldu – niyə də olmasın?! Dünyada Mübariz çapında nə qədər iş adamımız var? Nə qədər Mübariz Mənsimov Azərbaycana dəstək olub, tələbələrindən tutmuş şəhid ailələri, mədəniyyət xadimləri, adi vətəndaşına qədər… Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Zərifə Əliyeva, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Əbülfəz Elçibəy, İsmayıl Şıxlı, Ziya Bunyadov, Mübariz İbrahimov, Çingiz Mustafayev və digər Azərbaycanlı İctimai və Dövlət Xadimlərinin adı ilə gəmilər bütün dünyanın dəniz və okeanlarının hüdudlarını fəth edir. Allah qapısını açsın!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu