Azərbaycanda daha bir oyun qara görə təxirə salındı


Peşəkar Futbol Liqası Azərbaycan I Divizonununda XVII turun "Turan Tovuz" - "Sabah-2" matçının təxirə salınması barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, PFL-in yaydığı açıqlamada deyilir:

"Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub".

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Oyun saat 15:00-a təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu