Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü


Aktivist Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüşüb.



AFN xəbər verir ki, bu barədə B.Hacıyev feysbuk hesabında yazıb.

"Bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşdük. Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi...

Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq hər bir halda Səbinə xanımın operativ reaksiyası və insani münasibətini görmək xoş oldu", - B.Hacıyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə B.Hacıyevə aid olduğu iddia edilən şəxsi mesajlar və səs yazıları yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu