Dünyadakı varlılar epidemiyada sərvətlərinə 4 trilyon dollar əlavə edib


Sol təmayüllü Siyasət Araşdırmaları İnstitutunun (IPS) hesabatına görə, dünyadakı 2.365 milyarder sərvətlərinə 4 trilyon dollar əlavə edib.


“Forbes”, “Bloomberg” və “Wealth-X”in məlumatlarını analiz edən İnstitutun hesabatında, milyarderlərin 18 mart 2020 –ci ildən 18 mart 2021-ci ilə qədər epidemiya dövründə qazandıqları analiz edilib. Araşdırmaya görə, bu, hazırda dünyada 12,39 trilyon dollara sahib olan 2 min 365 milyarder üçün 54 faiz artım deməkdir. Yalnız 20 ən varlı milyarder, pandemiya dövründə 68 faiz artımla ümumilikdə sərvətlərinə 742 milyard dollar əlavə edib.

IPS hesabatı, amerikalı milyarderlərin bu ümumi sərvətin üçdə birindən az hissəsini təşkil etdiyini ortaya qoyub. “Oxfam”ın yanvar ayında qlobal milyarderlərin qazanclarını izləyən bir hesabatında, dünyadakı milyarderlərin epidemiya əsnasında varlarına 3.9 trilyon dollar əlavə etdikləri ortaya çıxarıb. Hesabatda milyarderlərin qlobal qazanclarında hər kəsin peyvəndini ödəyə biləcəyi və hər kəsin yoxsulluğa düşməsinin qarşısını ala biləcək bir artım olduğu göstərilir. Bu hesabat, imkansız təbəqələrin sağalmasının on il çəkə biləcəyini və 2020-ci ildə 200 milyondan 500 milyonadək insanın yoxsulluğa düşdüyünü ortaya qoymuşdu. “ Oxfam”ın hesabatının "daha yaxşı bir dünya" yaratmaq üçün həll yollarından biri də sərvət vergisi tətbiq etməkdir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu