Kür Xəzərə axmaqdan, Xəzər Kürə axır - Neftçala ekoloji fəlakətin astanasında


“Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır, artıq dəniz suyu 40 km Kür çayında irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var, rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə, 15 yaşayış məntəqəsində su problemi var”.


Bunu iqtisadçı-ekspert Natiq Cəfərli yazıb. O, əhalinin istifadə etməyə su tapmadığını, çox ciddi içməli su qıtlığı yarandığını vurğulayıb: “Aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır.

Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!”(Hit.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu