DİN-dən toy, ad günü və kütləvi tədbirlərlə bağlı AÇIQLAMA - VİDEO


Toy, ad günü və bu kimi digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı DİN-in reydləri davam edir.

AFN Real TV-yə istinadən xəbər verir ki, ötən həftə ərzində də belə tədbirlərin keçirilməsi hallarının sayı az olmayıb.

Yaranmış vəziyyətlə bağlı DİN-in Şöbə rəisi Elşad Hacıyev bir daha əhalini diqqətli olmağa çağırıb:

"Ölkə ərazisində restoran və kafelərdə kütləvi tədbirlərin, məclislərin, toy və digər tədbirlərin təşkili qadağan edilib. Bu qadağa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri çərçivəsində tətbiq edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları icra olunmalıdır.

Xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz tam əməl edilməlidir. Tibbi maskalaradan düzgün istifadəyə ciddi əməl edilməlidir. Açıq və qapalı məkanlarda, ictimai yerlərdə tibbi maskalardan istifadə edilməsi məcburidir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu