“Azərbaycan Dəmir Yolları” cərimələndi - SƏBƏB


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.


AFN Report-a istinadən xəbər verir ki, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.

QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu