Paşinyanın əleyhdarları özlərini hökumət binasının qapısına qandalladılar


Ermənistanın baş naziri Nikol Paşinyana etiraz edən iki nəfər özlərini Yerevandakı hökumət binasının qapılarına qandallayıblar.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılardan biri “Azataqrum” (“Azadlıq”) hərəkatını təmsil etdiyini və bu hərəkatın Nikol Paşinyana qarşı çıxdığını deyib.

“Onun dərhal istefasını tələb edirik, onun hökumət binasına girməsini istəmirik”, - etirazçı deyib.

Polis etirazçıları saxlayıb.

Bu gün nazirlər kabinetinin binasında hökumət iclası keçiriləcək. Binanın qarşısına polis qüvvələri göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu