Xaçmazda qanunsuz ov edən şəxslər cəzalandırılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN-ə bildirib ki, araşdırma zamanı brakonyerin Siyəzən rayon sakini Ramin Zeynalov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb: “Keçirilən nəzarət tədbirləri zamanı inzibati rayonların ərazisində qanunsuz ov etdiklərinə görə Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu