Ermənistanda valideynlər və məktəblilər etiraz aksiyası keçirib


Ermənistanın Şörəyel mahalının Getk kəndində (ermənilər Şirak vilayəti adlandırır) valideynlər və məktəblilər avtomobil yolunu bağlayıblar.



AFN.az xəbər verir ki, onlar kənd təhsil müəssisələrinin birləşdirilməsinə etiraz edirlər.

Qeyd edək ki, sentyabrın 14-də Ermənistanın müxtəlif bölgələrindən, o cümlədən İrəvandan olan müəllimlər paytaxtda hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının dərs yükünə uyğun artırılmasını, təhsil sistemində maddi-texniki bazanın yaxşılaşdırılmasını tələb ediblər.

Bir müddət əvvəl isə İrəvanda ali məktəblərin tələbə və müəllimləri universitetlərin birləşməsinə etiraz aksiyası keçiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu