"NaxPro” MMC-nin təsisçisi Naxçıvandan kənarda yaşayan bütün naxçıvanlılara çağırış etdi


"NaxPro” MMC-nin təsisçisi Naxçıvandan kənarda yaşayan bütün naxçıvanlılara çağırış etdi


Bakıda Naxçıvan məhsullarının satışı ilə məşğul olan "NaxPro” MMC Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib. Bu barədə MMC-nin təsisçisi Emin Tarverdiyev AFN-ə məlumat verib.



"Cənab Prezidentimiz dünənki çıxışında bildirdi ki, elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!” deyirik. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!” Bakıda Naxçıvan məhsullarının satışı ilə məşğul olan yeni yaradılmış "NaxPro” MMC-nin Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ödəməsi təqdirəlayqidir-deyə E.Tarverdiyev bildirib.

"NaxPro” MMC-nin təsisçisi Naxçıvandan kənarda yaşayan bütün naxçıvanlıları Cənab Prezidentin çağırışına qoşulmağa səsləyib. O bildirib ki, Naxçıvanda doğulub-boya başa çatan hər kəs, bu dar gündə qədim diyarımıza öz dəstəyini əsirgəməməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu