Millimizin futbolçusu koronavirusa görə karantinə alındı


Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sının bir neçə futbolçusunda koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib.

Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər.

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu