Rusiyada COVID-19 ilə bağlı yeni rekord qeydə alındı


Rusiyada COVID-19 xəstələrinin sayı son gündə rekord sayda - 25 487 nəfər artaraq ümumilikdə 2 187 990-a çatıb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan məlumat veriblər.

Gündəlik yoluxma sayında əvvəlki maksimum artım noyabrın 23-də qeydə alınmışdı; o zaman yoluxma sayı ilk dəfə 25 mini keçmişdi (25 173).

Eyni zamanda, ölüm sayında da yeni gündəlik rekord qeydə alınıb: 524 COVID-19 xəstəsinin ölümü təsdiqlənib. Ümumilikdə isə Rusiyada 38 062 nəfər koronavirusun qurbanı olub.

Son sutka ərzində Rusiyada 25 073 nəfər sağalıb. Ümumi sağalanların sayı isə 1 685 492 nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu