Hüseynbala Mirələmov YAP-dan çıxarıldı
Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.
AFN-in məlumatına görə, bu barədə qərar YAP-nın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
O, eyni zamanda YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən, eləcə də YAP Veteranlar Şurasının üzvlüyündən də azad edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi deyilir.
Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib və pedagoji fəaliyyətinə xitam verilib.