Kabil hava limanında partlayış: 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb

Əfqanıstanın Kabil hava limanının yaxınlığında partlayış baş verib.
AFN xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb. Yaralılardan əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla hadisəni terror aktı adlandırıb.