Karqo xidməti ilə bağlı yeni qaydalar etiraz doğurdu


Yenə karqo və daşıma sektorunda çaxnaşmavar.


AFN.az xəbər verir ki, bunu İT mütəxəssisi Osman Gündüz özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, karqolar vətəndaşlara sifariş etdikləri malı çatdırmaq üçün regionlarda açdıqları "çatdırılma məntəqələrini" ucdantutma bağlayırlar. Səbəb isə onlardan lisenziyanın tələb edilməsidir: "Hansısa bərbərxananın, ya telefon mağazasının daxilində yaradılan bu tip məntəqələrin də lisenziyası olmalıymış. Dövlət Vergi Xidməti tərəfindən belə tələb qoyulduğu bildirilir. Rəsmi qurumların bununla bağlı açıqlaması hələlik gözə dəymir".
O.Gündüz bildirib ki, karqolara yaranan digər problem gömrüklə bağlıdır. Belə ki, ekspertin sözlərinə görə, vətəndaşlardan daşıma ilə bağlı əlavə ödənişlərin "Smart Customs"a daxil edilməsinin tələb olunacağı bildirilir: "Yəni, vətəndaş bilərəkdən "Trendyol"a olan daşıma ilə bağlı ödəniş qəbzini saxtalaşdırmalı və "Smart Customs"a bəyan edərkən malın gömrük dəyərini artırmaq üçün yol xərcini yüksək göstərməlidir. Qısası, sosial mediada açıqlananlardan görsənir ki, "Trendyol" Azərbaycana çatdırılmanı ucuz edir, amma DGK deyir ki, mənə dəxli yoxdur, mən əlavə ödəniş alacam.
İnandırıcı olmasa da, hələlik DGK bununla bağlı rəsmi açıqlama verməyib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu