“WhatsApp”da “fişinq”dən necə qorunmalı?
Mobil telefon istifadəçiləri vaxtaşırı “WhatsApp” vasitəsilə gələn mesajlardan - fişinq hücumlarından narahat olurlar. Bu platformada açılan saxta hesalar vasitəsilə fırıldaqçılar insanları asanlıqla tələyə salır, onlardan şəxsi məlumatlarını, bank kartlarının məlumatlarını ələ keçirir, hətta borc pul istəyə bilirlər.
Bəzi şikrətlər “WhatsAppda” biznes hesabı açaraq öz mal və xidmətlərini təklif etsələr də, bəziləri bunu biznes əməliyyatları üçün etibarlı hesab etmir. Məsələn, “Binance” kriptovalyuta birajı öz rəsmi vebsaytı vasitəsilə istifadəçilərə bildirir ki, şirkət heç vaxt “WhatsApp” qruplarında istifadəçilərə investisiya ilə bağlı məsləhətlər vermək, satınalmalar haqqında müzakirələr aparmaq və ya pul istəmək məqsədilə müraciət etməyi planlaşdırmır.
Şirkət öz istifadəçilərindən ümumiyyətlə, “Binance” adından onlara edilən müracətləri "Binance Verify" alətindən istifadə etməklə yoxlamağı xahiş edir. Belə ki, “Binance”ı təmsil etdiyini iddia edən istənilən şəxsin qanuni nümayəndə olub-olmadığını bu platfroma vasitəsilə yoxlamaq mümkündür.
“Əgər “WhatsApp”da kimsə sizə “Binance”ı təmsil etdiyini söyləyirsə, habelə vəsaitin ayrılması xahişi və ya investisiya yatırmaq məsləhəti ilə müraciət edirsə, bilin ki, o sizi aldatmağa çalışır”, deyə mürəciətdə bildirilir.
Şirkətin məlumatına görə, Binance öz cari və potensial müştəriləri ilə yalnız bu yollarla əlaqə saxlayır:
• Müştəri xidməti portalında 24/7 çalışan “Binance” müştəri dəstəyi vasitəsilə;
• Rəsmi X (əvvəlki Twitter) vasitəsilə: @binance.
• “Telegram” vasitəsilə. Bununla belə, Binance Verify servisindən istifadə edərək kontaktın şəxsiyyətini təsdiqlədiyinizə əmin olun.
• Elektron poçt vasitəsilə. Göndərmə ünvanını diqqətlə yoxlamaq üçün Binance Verify servisindən istifadə etdiyinizə bir daha əmin olun.
“Fişinq hücumları dələduzun qurbanını pul göndərməyə və ya məxfi məlumatları ötürməyə razı saldığı aldadıcı taktikaları özündə ehtiva edir. Buna çox vaxt feyk elektron poçtlar, veb-saytlar və ya qanuni kriptovalyuta platformalarına bənzəyən mesajlar vasitəsilə nail olunur. Dələduz istifadəçidən məlumat və ya aktivlər istəməzdən əvvəl onun etimadından sui-istifadə etməyə çalışır”, deyə şirkətdən bildirilib.