“Binance” Azərbaycandan olan istifadəçilər üçün “Kriptoməktəb” təhsil layihəsinə başlayır


Dünyanın aparıcı blokçeyn ekosistemi, kriptovalyuta infrastrukturu təminatçısı "Binance" və “Binance Academy” genişmiqyaslı onlayn təhsil layihəsi olan “Kriptoməktəb” elan edir. Təşəbbüs çərçivəsində Azərbaycandan milyonlarla istifadəçi blokçeyn və kriptovalyutalar haqqında mühüm məlumatları tamamilə pulsuz əldə edə biləcək.


AFN.az xəbər verir ki, təhsil platforması üçün təlim materialları “Binance Academy” tərəfindən təmin ediləcək. Mövcud onlayn-modullar dəstinə sahib olan təhsil kursu yeni istifadəçilərə blokçeyn və kriptovalyutaların əsaslarını və mexanizmlərini ətraflı şəkildə izah etmək üçün nəzərdə tutulub.

“Kriptoməktəb” layihəsi təhsil alanların müxtəlifsəviyyəli hazırlığına yönəlmiş bir neçə blokdan ibarət olacaq. İlk kurs yeni istifadəçilər üçün blokçeyn ekosisteminə giriş icmalını özündə ehtiva edir və kriptovalyuta məkanı ilə qarşılıqlı əlaqə üçün əsas anlayışları təqdim edir. Təlim blokçeyn texnologiyasının əsasları, kriptovalyutalar, mərkəzləşdirilməmiş maliyyə (DeFi), Web3, ticarət və investisiya strategiyaları üzrə modullardan ibarətdir. Beş təlim modulundan ibarət olan kursa biliklərin yoxlanılması məqsədilə təlim videoları və interaktiv testlər daxildir. Kursu başa vurduqdan sonra hər bir məzun blokçeyn, kriptovalyutalar və rəqəmsal aktivlərin əsasları üzrə kompleks əsas kursu uğurla keçdiyini təsdiq edən NFT sertifikatı ala biləcək.

“Təhsil rəqəmsal aktivlərin kütləvi şəkildə mənimsənilməsini təşviq etmək strategiyamızın təməl daşıdır. Azərbaycan kriptovalyutaların nüfuz etmə səviyyəsində böyük irəliləyiş nümayiş etdirir və bizim vəzifəmiz Azərbaycandan olan istifadəçilərə kriptovalyutalar haqqında bütün zəruri məlumatları təqdim etmək, habelə onları bütün əlavə risklər barədə xəbərdar etməkdir”, – deyə “Binance”ın Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Kiril Xomyakov bildirib.

Binance platformasının istənilən istifadəçisi “Kriptoməktəb” səhifəsində pulsuz şəkildə təlimə daxil ola bilər. Kurs həmçinin tapşırıqların yerinə yetirilməsinə görə token şəklində əlavə mükafatlar almağı, 15 (254 Gb) və Airpods Pro 2 uğrunda lotereyanın iştirakçısı olmağı nəzərdə tutur.

Təlimə bu KEÇİD vasitəsilə pulsuz olaraq qoşula bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu