"Binance" Tacikistanın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə səylərini dəstəkləyir


2022-ci ilin dekabr ayından etibarən “Binance” Tacikistan Milli Bankının Maliyyə Monitorinqi Departamenti və blokçeyn sahəsində analitika ilə məşğul olan “TRM Labs” şirkəti ilə birgə “ISKP” (İslam Dövləti Xorasan Əyaləti) tərəfindən törədilən multiregional təhlükəyə qarşı mübarizə aparır. Bu mühüm missiyaya Tacikistan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən Milli Təhlükəsizlik Dövlət Komitəsi də cəlb olunub.


“Binance”nın əməkdaşları terror qrupunun əsas üzvlərinin həbsi ilə nəticələnən operativ məlumatların müəyyənləşdirilməsi, aşkarlanması və ötürülməsində əsas rol oynayıblar. Ekosistemə operativ məlumatların toplanılması, izlənilməsi, təhlili və təhqiqatın aparılmasına əhəmiyyətli töhfə verən “TRM Labs” şirkəti də yardım edib. Bu hal Suriyadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara uzanan qlobal terrorizmi maliyyələşdirmə şəbəkələrinin aşkar edilməsi üzrə “Binance”nın “TRM Labs” ilə daimi əməkdaşlığının yalnız bir hissəsidir.
Sanksiya təhqiqatı ilə məşğul olan “Binance” komandası əməkdaşlıq və strateji yardıma görə Tacikistan Milli Bankının etibarını qazanıb.

“Tacikistan Milli Bankı terrorizmlə mübarizə də daxil olmaqla bütün istiqamətlərdə milli və qlobal təhlükəsizliyin gücləndirilməsinə töhfə verməyə çalışır. Son aylarda terrorizmlə mübarizə səylərimiz “Binance” komandasında olan təhqiqat üzrə ekspertlərin fəal məlumat mübadiləsi və istintaq dəstəyi ilə gücləndirilmişdir. Bu, uzun müddətdir izlərinə düşdüyümüz “ISKP”nin əsas üzvlərinin uğurlu şəkildə həbs edilmələrinə səbəb olmuşdur. Biz cinayət fəaliyyəti ilə mübarizə aparmaq və regionda daha etibarlı kibertəhlükəsizlik məkanı yaratmaq məqsədilə “Binance” da daxil olmaqla kriptosənaye iştirakçıları ilə daha da sıx əməkdaşlıq etməyə ümid edirik”, − deyə Maliyyə Monitorinqi Departamentinin nümayəndəsi bildirib.

“Binance” terrorizmin maliyyələşdirilməsi, uşaqlara qarşı cinsi istismara dair materialların yayılması, milli dövlətlərin haker hücumları, əqli mülkiyyət oğurluğu, narkotik qaçaqmalçılığı və investisiya fırıldaqları da daxil olmaqla bir sıra ciddi təhlükəsizlik təhdidləri və böyük cinayətlərlə mübarizədə mühüm rol oynayıb. Ötən il “Binance” təhqiqat komandası hüquq-mühafizə orqanlarının 47 mindən çox sorğusuna cavab vermişdir (ortalama olaraq cavablandırma müddəti üç gün təşkil etmişdir) ki, bu da istənilən ənənəvi maliyyə təşkilatının cavablarından daha sürətlidir.

“Binance” haqqında

“Binance” həcminə görə nəhəng rəqəmsal aktiv ticarət birjası da daxil olmaqla bir sıra maliyyə məhsulları ilə dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısıdır. Dünyada milyonlarla insanın etibar etdiyi “Binance” platforması istifadəçilərin pul azadlığını artırmaq məqsədilə nəzərdə tutulmuşdur və ticarət, maliyyə, təhsil, məlumatlar və tədqiqatlar, xeyriyyəçilik, investisiyalar və inkubasiya, mərkəzsizləşdirmə və s. daxil olmaqla kriptovalyuta məhsulları və təkliflərinin misilsiz portfelini təklif edir.

Əlavə məlumat almaq üçün aşağıdakı keçidə daxil olun:

https://www.binance.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu