"Binance" rubla əsaslanan əməliyyatları dayandırır
Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" rublla depozit və pul çıxarılmasını dayandıracağını açıqlayıb.
"Binance"dən verilən yazılı açıqlamada şirkətin daha əvvəl Rusiya bazarından çıxmağa qərar verdiyi xatırladılıb.
Bu qərara uyğun olaraq, rublla əmanətlərin noyabrın 15-dən dayandırılacağı, 31 dekabrda isə vəsaitlərin çıxarılmasının dayandırılacağı bildirilib.
Açıqlamada bildirilirdi ki, "Binance" müştəriləri komissiya ödəmədən rubl aktivlərini "CommEX" platformasına köçürə bilərlər.
"Binance" sentyabrın 27-də aktivlərini sataraq Rusiya bazarından çıxmaq qərarına gəldiyini açıqlayıb. Şirkət Rusiyadakı bütün aktivlərini "CommEX"-ə satmaq barədə razılığa gəlib.
Qərb ölkələrinin sanksiyaları ilə Rusiyada kriptovalyutadan istifadə artdığı halda, "Binance" şirkətə qarşı sanksiya təhlükəsi səbəbindən ölkədəki fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoyub.