"Binance"ın rəhbərlərindən biri olan Anjarvalla Nigeriyadan qaçdı


Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"in menecerlərindən olan Nadeem Anjarvalla-nın Nigeriyada həbsdən qaçdığı bildirilir.


Nigeriya Milli Təhlükəsizlik Müşaviri Ofisi (NSA) tərəfindən verilən açıqlamada, federal hökumətin Nigeriyada "Binance" fəaliyyətləri ilə bağlı davam edən istintaqında şübhəli olan Anjarvallanın həbsdən qaçdığı qeyd edilib.

Açıqlamada bildirilir ki, ilkin araşdırma Anjarvallanın saxta pasportdan istifadə edərək Nigeriyadan qaçdığını göstərib.

Nigeriya hökuməti "Binance" ilə bağlı başlatdığı araşdırmalar çərçivəsində fevralın 28-də Anjarvallanı saxlayıb. Anjarvallanın aprelin 4-də məhkəməyə çıxarılacağı gözlənilirdi.

Ötən ay Nigeriya hökuməti ölkədə qeyri-qanuni pul köçürmələrini və yerli valyuta nairanın devalvasiyasını dayandırmaq səyləri çərçivəsində "Binance"a girişi bloklayıb.

Nigeriya hökuməti "Binance"ı vergidən yayınmaqda ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu