Qadınların kriptovalyuta birjasında iştirakı stimullaşdırılır


Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınların iqtisadi sahədə gücləndirilməsini dəstəkləyən layihələri davam etdirir.


"Binance Charity" Xeyriyyə Fondu 2022-ci ildə qadınlar üçün 36 mindən çox xüsusi Web3 təqaüdünü maliyyələşdirmək məqsədilə 2 milyon dollar məbləğində vəsait ianə edib. 

Kriptovalyuta sahiblərinin yalnız 37%-nin qadınlar olduğunu nəzərə alaraq şirkət kriptovalyuta birjasında gender fərqini aradan qaldırmağa çalışır. Bunun üçün həyata keçirilən təlim və təhsil proqramlarının əsas məqsədi daha çox qadının biznesə qoşulmasını təmin etmək, onların karyera inkişafına dəstək olmaqdır. 

Universitetlərdə, məktəblərdə və qeyri-kommersiya təşkilatlarında blokçeyn və kriptovalyuta ilə bağlı kurslarda təhsil almaq məqsədilə 2022-ci ildə Almaniya, Nigeriya, Keniya, Braziliya, Fransa, Cənubi Afrika, Avstraliya və Ukraynadan olan qadınlara təqaüdlər ayrılıb.

"Binance Charity" Xeyriyyə Fondu həmçinin Beynəlxalq Qadınlar Günü şərəfinə qadınların Web3 təhsil və təlimini dəstəkləmək məqsədilə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinə (GITA) əlavə 100 min ABŞ dolları məbləğində ianə edəcək. 

Binance 2017-ci ildə Yi He tərəfindən təsis edilib və bu, şirkəti dünyada təsisçiləri qadın olan azsaylı kriptovalyuta şirkətlərindən birinə çevirib. Aparıcı kriptoşirkətlərdə kriptovalyuta təsisçilərinin 5%-dən azını qadınlar təşkil edir. 2022-ci ilə olan məlumata əsasən, 10 mindən çox kriptovalyuta şirkətinin təxminən 292-sinin təsisçisi qadındır.

“Biznesdə azsaylı qadın liderlərdən biri kimi hesab edirəm ki, «Binance Charity» Xeyriyyə Fondu və Binance Academy vasitəsilə daha çox qadına Web3 və blokçeyn texnologiyalarını anlamaqda yardım etmək missiyamız var. Təlim və təcrübə keçmə proqramlarımız biznesdə sıçrayış etmək üçün gənc qadınları bilik və bacarıqlarla təchiz etmək məqsədi daşıyır”, − bu barədə Binance-in həmtəsisçisi və marketinq üzrə direktoru Yi He açıqlama verib. “İnanırıq ki, ideyası olan hər kəs, cinsindən asılı olmayaraq, dünyanı dəyişə bilər. Ümid edirik ki, bu öhdəliklər daha çox qadının innovasiyaların önündə getməsinə və biznesimizdə dəyişiklik etməsinə səbəb olacaq”.

Qey edək ki, Binance əlavə üsul kimi yeni kriptovalyuta istifadəçilərini qarşılamaq məqsədilə IWD2023 kodu ilə mart ayı ərzində ticarət haqlarından imtina edib. 



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu