Binance Orta Asiya regionu üzrə yeni rəhbər təyin edib


Dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta birjası olan “Binance” Mərkəzi və Şərqi Avropa və Orta Asiya üzrə yeni regional rəhbər təyin edib. Kirilo Xomyakov şirkətin böyüməsi, təhsil sahəsindəki təşəbbüsləri, “fiat” pullarına aid kanalların inkişafı və əsas bazarlarda istifadəçi təcrübəsinin optimallaşdırılmasına diqqət yetirməklə şirkətin məhsul və xidmətləri təkmilləşdirən komandaları idarə edəcək.



Bundan əlavə o, “Binance”in sənaye liderliyinin gücləndirilməsi, marketinq strategiyasına nəzarət, 14 Mərkəzi və Şərqi Avropa və Orta Asiya bazarlarında hökumət və ictimai qurumlarla konstruktiv dialoqun inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərəcək.

“Bizim əsas prioritetimiz istifadəçilərimizin rahatlığıdır. Hazırda isə MŞA və Orta Asiya ölkələrində əhatə dairəmizi qurmaq istiqamətində fəaliyyət göstəririk. Bu yolla biz istifadəçilərimiz arasında etibar qazana, onların gündəlik həyatlarına yardımçı ola biləcək məhsullar yarada bilərik. Etibar ani şəkildə yaranmır, bu daha çox komandamızın mütəmadi səylərinin nəticəsidir. Biz istifadəçilərimizlə dayanıqlı tərəfdaşlığın qurulmasını istəyirik və etibar bunun əsasını təşkil edir. Mən sənayenin genişlənməsini dəstəkləməkdən və fəaliyyətimizi daha çox bölgədə inkişaf etdirməkdən həqiqətən də məmnunluq duyuram”, deyə Kirilo Xomyakov bildirib.

“Binance” şirkətinə 2021-ci ildə qoşulan Xomyakov ilk vaxtlarda Ukrayna bazarına nəzarət edib, sonra Mərkəzi və Şərqi Avropa regionu üzrə menecer olub. Əvvəllər isə o, Ukraynanın İnfrastruktur Layihələri üzrə Dövlət Agentliyinin baş icraçı direktoru və blokçeyn proqram təminatlarının yaradılması sahəsində fəaliyyət göstərən şirkətin baş icraçı direktoru vəzifələrində işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu