"James Webb" kosmik teleskopu yeni qara dəlik kəşf edib - FOTO


"James Webb" kosmik teleskopundan alınan məlumatlar superkütləvi qara dəliklərin qalaktikalarda ulduz əmələ gəlməsi üçün lazım olan qazı məhv edərək, faktiki olaraq qalaktikaları məhv etdiyini ortaya qoyub.



Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq qrup Böyük Partlayışdan iki milyard il sonra yaranan bu qalaktikanı "Webb" teleskopu ilə araşdırıb.

Mərkəzində superkütləli qara dəliyə malik olan bu qalaktika çökmüş vəziyyətdə olub. Məlum olub ki, qara dəlik qalaktikadan yüksək sürətlə qaz çıxarır və bu, yeni ulduzların əmələ gəlməsini dayandırır.

Bu qalaktika rəsmi adı GS-10578 olan, lakin müşahidəçi alim Pablonun şərəfinə "Pablonun Qalaktikası" adlandırılan böyük qalaktikadır.

Kütləsi günəşinkindən təxminən 200 milyard dəfə böyük olan bu qalaktikadakı ulduzların çoxu 12,5-11,5 milyard il əvvəl əmələ gəlib.

"Webb" teleskopu ilə aparılan müşahidələr göstərirdi ki, qalaktika saniyədə min kilometrə qədər sürətlə böyük miqdarda qaz çıxarır. Bu sürət qazın qalaktikanın cazibə qüvvəsindən qaçmasına şərait yaradır.

Komanda müəyyən edib ki, qara dəlik qalaktikadan böyük miqdarda qaz ataraq yeni ulduzların yaranmasının qarşısını alır.

Bu yeni kəşf qara dəliklərin qalaktikalara təsirini daha aydın şəkildə ortaya qoysa da, elm dünyası qara dəliklərin qalaktikalarda ulduz əmələ gəlməsini necə dayandırdığını anlamaqda irəliyə doğru bir addım atıb.

Tədqiqatçılar Atakama Böyük Millimetr/Submillimetr Massivi (ALMA) ilə aparacaqları yeni müşahidələrin ulduz əmələ gəlməsi üçün lazım olan qazın hələ də qalaktikada gizlənib-gizlənmədiyini və superkütləvi qara dəliyin qalaktika ətrafında hansı təsirə malik olduğunu aydınlaşdırmaq üçün gözləyirlər.





Mənbə: ScitechDaily



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu