Tramp: Harvard Universiteti demokratiya üçün təhdiddir

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda fikir ayrılığına düşdüyü Harvard Universitetini növbəti dəfə günahlandırıb və “Harvard demokratiya üçün təhdiddir” deyib.
Tramp "Truth Social" hesabında etdiyi paylaşımda növbəti dəfə Harvard Universitetini hədəf alıb.
"Harvard, bir çox digər institutlar kimi, antisemitizm, ifrat solçu, bütün dünyadan ölkəmizi parçalamaq istəyən tələbələri qəbul edən bir institutdur", - deyə Tramp qeyd edib.
Harvardı “liberallar tərəfindən idarə olunan qarışıqlıq” adlandıran və onun prezidentinin qovulması və ya istefaya göndərilməli olduğunu müdafiə edən Tramp “Harvard demokratiya üçün təhdiddir” ifadələrini işlədib.