Vatikan qarışdı: Qalmaqallarla gündəmdə olan kardinaldan səs tələbi


İtaliyanın Sardiniya bölgəsindən olan kardinal Covanni Angelo Becciu Vatikanda törətdiyi maliyyə cinayətlərinə görə məhkum olunsa da, qarşıdan gələn Papa seçkilərində iştirak etmək istədiyini bəyan edib.


Kardinal Becciu 2020-ci ildə Papa Fransisk tərəfindən Vatikanda baş verən maliyyə qalmaqalına görə kardinal hüquq və imtiyazlarından imtina etməsini istəyib.

Becciu Vatikanın Dövlət Katibliyində "sostituto" (köməkçi) vəzifəsində çalışıb və bu vəzifə ona Papa ilə birbaşa əlaqə yaratmaq imkanı verib. Daha sonra o, Vatikanın müqəddəslərin hazırlanması departamentinin rəhbəri təyin edilib.

2023-cü ildə mənimsəmə və dələduzluqda təqsirli bilinən Becciu 5,5 il həbs cəzasına məhkum edilib və Vatikanın cinayət məhkəməsi tərəfindən mühakimə olunan ilk kardinal olub.

Lakin ittihamları rədd edən Becciu qərardan apellyasiya şikayəti verib və apellyasiya prosesi hələ də davam edir. Bu proses davam edərkən, o, Vatikanda bir mənzildə yaşamağa davam edir.

Becciu çərşənbə axşamı verdiyi açıqlamada "məni konklavdan xaric etmək üçün açıq bir niyyət olmayıb və istefam yazılı şəkildə tələb olunmayıb" deyib.

Vatikanın mətbuat ofisi Becciunu "seçmək hüququ olmayan" kardinal kimi göstərsə də, qoşulma qərarını çox güman ki, Kardinallar Kollecinin dekanı Giovanni Battista Re və konklav proseslərinə nəzarət edəcək kardinal Pietro Parolin verəcək.

Becciunun məhkəməsi ilə bağlı aparılan təhqiqat Vatikanın Londonda daşınmaz əmlaka sərmayə qoyması nəticəsində böyük maliyyə itkisi üzərində dayanıb.

Papalıq dövründə Vatikanın maliyyə işlərində baş verən pozuntuları aradan qaldırmaq məqsədilə Papa Fransisk kardinalların Vatikan məhkəmələrində mühakimə olunması üçün qanunu dəyişib.

Becciu kardinal hüquqlarını itirsə də, texniki olaraq Kardinallar Kollecindən qovulmayıb. Ona görə də onun konklav öncəsi danışıqlarda iştirak etmək hüququ var.

Lakin papa seçkilərində yalnız yaşı 80-dən aşağı olan kardinallar səs verə bilər. Becciu hazırda 76 yaşındadır və yaşına görə seçkilərdə iştirak etmək hüququna malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu