Fransanın baş nazirinin qızı: Katolik məktəbində məni vəhşicəsinə döydülər


Fransanın baş naziri Fransua Bayrunun qızı Helene Perlant uşaqlıqda oxuduğu katolik məktəbində şiddətli zorakılığa məruz qaldığını açıqlayıb. Eyni məktəb onilliklər boyu cinsi istismar və fiziki zorakılıq iddiaları ilə ölkəni sarsıdan böyük bir qalmaqalın mərkəzindədir.



Fransanın baş naziri Fransua Bayrunun 53 yaşlı qızı Helene Perlant “Paris Match” jurnalına verdiyi müsahibədə 1980-ci illərdə qatıldığı yay düşərgəsində bütün şagirdlərin gözü qarşısında bir keşiş tərəfindən döyüldüyünü bildirib. Perlant hadisə baş verən zaman 14 yaşında olduğunu və atasına heç nə demədiyini bildirib.

Notre-Dame de Betharram özəl katolik məktəbində baş verən hadisələr uzun müddətdir gündəmdə olan istismar qalmaqalının mühüm hissəsi hesab olunur. 2024-cü ilin fevral ayından məktəbə qarşı 200-dən çox cinayət şikayəti verilib. Bunların 90-ı cinsi zorakılıq iddiaları ilə bağlıdır. Bəzi şikayətlərə birdən çox keşişin iştirak etdiyi qrup təcavüzü ittihamları daxildir.

Betharram məktəbinin bir kult və ya totalitar rejim kimi fəaliyyət göstərdiyini deyən Perlant, şagirdlərə və müəllimlərə güclü psixoloji təzyiqin edildiyini, buna görə heç kimin səsini çıxara bilmədiyini söyləyib.

İctimaiyyətdə böyük əks-səda doğuran açıqlama Bayrounun illər ərzində məktəblə qurduğu bağa görə də diqqət çəkib. Bayrounun arvadı məktəbdə dini təhsil verərkən, onun üç övladı Betharramda təhsil alıb. Bundan əlavə, baş nazir uzun illər məktəbin yerləşdiyi ərazidə yerli siyasətçi kimi fəaliyyət göstərib.

Bayrou davamlı olaraq bütün istismar iddialarından xəbərsiz olduğunu iddia edib. Lakin müxalifət partiyaları iddia edir ki, onun xüsusilə 1990-cı illərdə təhsil naziri olduğu və regional siyasətə hakim olduğu vaxtlarda baş verənlərdən xəbəri olduğuna dair ciddi şübhələr var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu