İngiltərə Suriyada 12 qurum və təşkilata qarşı sanksiyaları ləğv edib

İngiltərə müdafiə və daxili işlər nazirlikləri də daxil olmaqla, Suriyadakı bəzi qurum və təşkilatlara qarşı sanksiyaları ləğv edib.
Xəzinədarlıq Nazirliyinin açıqlamasına görə, Böyük Britaniya Suriyada bəzi dövlət qurumları da daxil olmaqla 12 qurum və təşkilata qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Sanksiyaların götürüldüyü qurumlar arasında Suriyanın müdafiə və daxili işlər nazirlikləri, kəşfiyyat xidməti də daxil olmaqla müxtəlif dövlət qurumları və bəzi media qurumları var.
Sanksiyaların ləğvi ilə bu qurum və təşkilatlar artıq aktivləri dondurulmayanlar sırasındadır.