Aİ Suriyaya qarşı bəzi sektoral sanksiyaları ləğv etməyi planlaşdırır


Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları ləğv etməyə hazırlaşır.



Aİ rəsmisindən alınan məlumata görə, fevralın 24-də Brüsseldə bir araya gələcək Aİ ölkələrinin xarici işlər nazirləri Suriyaya vətəndaş müharibəsi zamanı tətbiq edilən bəzi sektoral sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəklər.

Rəsmi, sanksiyaların ləğvi qərarının geri döndürülə bilən olacağını və buna görə də dayanma xarakteri daşıyacağını və Dəməşq administrasiyasının demokratik addımlarının bu prosesdə həlledici olacağını bildirib.

Qərarın ilkin olaraq bank, enerji və nəqliyyat sektorlarını əhatə edəcəyi öyrənilib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 27-də keçirdikləri iclasda Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün "yol xəritəsi” üzərində razılaşdıqlarını açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu