Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasını rəsmən təsdiqləyib

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas birliyin Rusiya əleyhinə sanksiyalarının altı ay müddətinə uzadılmasını rəsmən təsdiqləyib.
Bu barədə o, X səhifəsində yazıb.
“Avropa öz yolu ilə gedir. Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər”, - hesabatda deyilir.